Sentyabrın 8-də Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2960-a yüksəlib.
"Unikal" xəbər verir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Baytaş, ölənlərin sayının 2 min 960-a yüksəldiyini söyləyib.
Sahədə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif maraqlı tərəflər arasında koordinasiya əsasında aparıldığını qeyd edən Baytaş hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.