Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Unikal" xəbər verir ki, 2000-ci il təvəllüdlü Mikayılov Nicat Tahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.