Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
***
09:13
Yevlaxda ər arvadını öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Tanrıqullar kəndində baş verib.
Kənd sakini Mehman Zamanov ailə münaqişəsi zəminində 1963-cü il təvəllüdlü həyat yoldaşı Zinyət Zamanovanı kəsici alətlə qətlə yetirib. Daha sonra isə özünə xəsarət yetirib.
O, ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onların 4 övladı var.
Ehtiram Muradov