"Yeşilçam"ın aktrisa Aydan Şenerin yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Üç kız kardeş" serialında rol alacaq. O, layihədə "Müjgan Varnalı" obrazına həyat verəcək.
Xatırladaq ki, Aydan son olaraq "Yürek çıkmazı" serialında rol alıb.
Qeyd edək ki, aktrisa "Çalıkuşu" serialındakı "Fəridə" obrazı ilə tanınıb.