"Bu gün Ukrayna alyansa üzv olmağa əvvəlkindən daha yaxındır".
"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq qeyd edib ki, beynəlxalq aləmdə Ukraynaya dəstək hələ də artır, Rusiya Federasiyasının hərəkətlərinə dəstək isə azalır.
Onun sözlərinə görə, ukraynalılar ailə və gəlir, Moskva isə imperiya illüziyaları uğrunda mübarizə aparır.
“İyulda Vilnüs sammitindən sonra biz hamımız Ukraynanın NATO-ya daxil olması ilə bağlı razılığa gəldik və bunu reallaşdırmaq üçün üç tarixi qərar qəbul olundu”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, birincisi, üzvlüklə bağlı fəaliyyət planının həyata keçirilməsi tələbindən imtina etməkdir. İkincisi, Ukrayna silahlı qüvvələrinin NATO üzvü olan ölkələrin qoşunları ilə tam uyğunlaşacağı proqram xarakterli sazişdir. Üçüncüsü - NATO ilə Ukrayna arasında siyasi əlaqələrin görünməmiş səviyyədə gücləndirilməsidir. Söhbət Ukrayna-NATO komissiyasının yaradılmasından gedir.
“Bu üç qərar Ukraynanın NATO-ya əvvəlkindən daha yaxın olması deməkdir. Ukraynanın gələcəyi NATO-dadır. Biz bunun üçün çalışırıq”, - Stoltenberq əlavə edib.