İstanbulun Beyoğlu səmtində aktyor Ufuk Bayraktara məxsus kafeyə silahlı hücum edilib. Hücuma məruz qalan şəxs və kafedə oturan iki müştəri yaralanıb.

"Unikal" xəbər verir ki, Beyoğlunda hadisə saat 11:45 radələrində baş verib. Cihangir, Defterdar Yokuşu küçəsində yerləşən aktyor Ufuk Bayraktara məxsus kafedə oturan Ayhan Y.-yə 5-6 atəş açılaraq silahlı hücum edilib.

Güllələr kafedə oturan Sabriye B. və Fahri T.-yə də dəyib.

Hücuma məruz qalan Ayhan Y. belindən, kafedə müştəri olan Sabriye B. və Fahri T. isə ayaqlarından yaralanıb. Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. 

Ərazidə avtomobillərin hərəkəti dayandırılıb.Polis hadisədən sonra qaçan Əli Y.-nin tutulması üçün əməliyyata başlayıb.