Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin yaxınlığında avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Zülfüqarov Xanlar Əli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.