Sumqayıtda baş vermiş partlayışda yaralananların şəxsiyyəti müəyyənləşib. 

"Unikal" xəbər verir ki, yaralılar Əliyev Vitali və Əliyeva Səbinə adlı ər və arvaddır. 

Hazırda onlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır. 

***21:57

Sumqayıtda partlayış olub.  

“Unikal”ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən 27-ci binada baş verib. Qaz sızması nəticəsində meydana gələn partlayışda  yaralananın olduğu bildirilir.

Əraziyə yanğınsöndürən və təcili yardım cəlb olunub.  
Seymur Əli