Göyçay rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Qaraxıdır kənd sakini, 1998-ci il təvəllüdlü Xudaverdiyev Qadir Sədiyar oğlu bu gün yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Ali təhsilli aqronom olan Qadir Xudaverdiyevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov