Parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanan Rəqabət Məcəlləsi müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
***15:00
Milli Məclisin plenar iclasında Rəqabət Məcəlləsi müzakirəyə çıxarılıb. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
"Unikal" xəbər verir ki, Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.