Kürdəmirdə yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”lə "VAZ 2107"-nin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.