Fransa Senatının (parlamentin yuxarı palatası) sədri Jerar Larşe yenidən üç illik müddətə vəzifəyə seçilib.

"Unikal" xəbər verir ki, bu barədə yuxarı palatanın "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb. 

O, 320 səsdən 218-ni yığaraq sədr seçilib.

74 yaşlı Larşe 2008-2011-ci illərdə Senata rəhbərlik edib. 2014-cü ildə o, hazırda tutduğu bu vəzifəyə yenidən seçilib.