Tovuzda minik maşını "KamAZ"a çırpılıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Öysüzlü kəndinin yaxınlığında qeydə alınıb. Kənd ərazsində hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarında dayanan "KamAz"a  çırpılıb.  

Qəza zamanı minik maşının sürücüsü ağır yaralanaraq Tovuz Rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov