Bakıda avtomobil qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Mehdiabad yolunda baş verib.

Yoldan çıxan 77-AV-742 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil mağazaya girib.

Hadisə nəticəsində obyektin girişi dağılıb, avtomobilə isə ciddi ziyan dəyib.

Murad İbrahimli