Şəkidə 7 yaşlı qızı avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində baş vetib. Tofiq Əzimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü Nuray Məmmədlini vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli