Bakıda yarımstansiyada yanğın olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 36 m² olan yarımstansiyanın dam örtüyünün taxta atmaları yanıb. Yarımstansiyanın qalan hissəsi və içərisində olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.