İsa Qəmbər yalan danışıbmış

İsa Qəmbər yalan danışıbmış

Səfirlikdən İsa Qəmbərin bəyanatı ilə bağlı açıqlama
Müsavat başqanı İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Facebook”-akı rəsmi səhifəsində yerləşdirildiyi barədə yayılan məlumat yalan çıxıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, səfirlik Türkiyə baş nazirinin Aparatı və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırıb.
Məlum olub ki, Rəcəb Tayyib Ərdoğanın “Facebook” və “Twitter” sosial şəbəkələrində səhifələri yoxdur. İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların yer aldığı “Facebook” səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub.
Qeyd edək ki, “musavat.com” saytı Rəcəb Tayyib Ərdoğanın “Facebook”-dakı rəsmi səhifəsində İsa Qəmbərin bəyanatına yer verildiyi barədə məlumat yayıb.