Xaçmazın Gülalan kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən "Daewoo Nexia" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Məmmədov Vüqar Vaqif oğlu, 1987-ci il təvəllüdlü Paşayev Mahir Ağakişi oğlu və 2001-cı il təvəllüdlü Sadıqov Vüsal İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisənin təfərrüatı araşdırılır.