SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında – Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30-da olacaq.

"Unikal" xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edək ki, X. Yusifzadə Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.