Məşhur rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenko Ermənistan parlamentinin BCM-nin Roma Əsasnaməsini ratifikasiya etmək qərarına münasibət bildirib.

"Unikal" xəbər verir  ki, jurnalist bu barədə  sosial şəbəkə hesabında yazıb.

O, bu qərarın Ermənistan üçün mümkün mənfi nəticələrini proqnozlaşdıraraq dünya münasibətlərində və qanunun aliliyində baş verən köklü dəyişikliklərə öz əminliyini ifadə edib.

"Baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılmasıdır, bəzi ölkələrin parlamentlərinin qərarları geri dönməz ola bilər", - Şevçenko bildirib. 

Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarları Ermənistan ərazisində qüvvədə olacaq və o, Ermənistanın qlobal münaqişəyə cəlb oluna biləcəyindən ehtiyat etdiyini bildirib.

Şevçenko, həmçinin Aİ-nin beynəlxalq arenada maraqlarını qorumaq üçün kiçik müttəfiqlər axtardığını bildirib və Ermənistana mümkün risklər barədə xəbərdarlıq edib.

"Qəbul edilmiş qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil, bu, Aİ-nin mütləq vassal andıdır. Aİ indi Qafqaza girir... Bəs doğrudanmı Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlı İmperiyasının bir hissəsi olmaq məcburiyyətində qala bilərsiniz", - o, bildirib. 

Gülayə Mecid