Ucar rayonunda yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 382 m² sahədə, bitişik sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 60 m² sahədə, sahəsi 120 m² olan talvarın taxta atmaları, altında dayanan "Mercedes", “ВАЗ” markalı minik avtomobilləri, çadırlar və məişət əşyaları yanıb.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.