"Xoşbəxt Yusifzadənin Azərbaycanın neft və qaz sənayesinin bu günə gəlib çatmasında böyük rolu olub".

"Unikal" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, mərhum Xoşbəxt Yusifzadənin vida mərasimində jurnalistlərə açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, Xoşbəxt Yusifzadənin yaşının çox olmasına baxmayaraq, çox diqqətli insan idi:

"Onun itkisi çox ağırdır. Yüksək səviyyəli insan idi. Həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi. Ötən həftənin beşinci günü onun yaxın dostu akademik Azad Mirzəcanzadənin doğum günü ilə bağlı konfransda yarızarafat, özünəməxsus şəkildə çıxış etdi. Ruhu şad olsun".

Anar Kəlbiyev