"Azercosmos" ASC-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və STEAM İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə 80 şəhid övladının dünyaca məşhur astronavtlarla görüşü keçirilib.

"Unikal" xəbər verir  ki, görüşdə məşhur Apollo 9 Ay modulunun pilotu astronavt Russell Rusty Schweickart, aerokosmik mühəndis, NASA astronavtı Tony Antonelli, kanadalı qadın astronavt Julie Payette, Afrika qitəsindən kosmosda olan ilk misirli astronavt Sara Sabry və Azərbaycan əsilli türkiyəli gənc astronavt (kosmosa uçuşu 2024-cü ilin yanvar-mart aylarına planlaşdırılır) Tuva (Cahangir) Atasever iştirak ediblər. 

İnteraktiv mühitdə keçən görüş zamanı astronavtlar öz təcrübələri barədə şəhid övladlarına məlumat veriblər və həmçinin onların çoxsaylı suallarını cavablandırıblar.