Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, BŞTİ müdiri Mehriban Vəliyeva 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni dərs ilində ümumi təhsil müəssisələrinin qarşısında duran ümdə vəzifələrdən söz açıb.

Məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyini xüsusilə vurğulayan İdarə müdiri Elm və Təhsil Nazirliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu haqqında qəti mövqeyini diqqətə çatdırıb.