Şabran rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Çayqaraqaşlı kəndində ümumi sahəsi 76 m² olan fermanın və bitişik sahəsi 32 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.