Tərtər sakinləri Goranboyda qəzaya düşüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını qarşısına çıxana camışa çırpılıb. Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adı aşağıdakı kimidir:

Razim Quliyev (1982);

Nemət Şirinov (1974);

Uğur Mehdiyev (2005);

Alisə Şirinova (1978);

Mahirə Quliyeva (1954);

Əli Quliyev (2017).

Faktla bağlı araşdırma aparılır.