Dövlət xəstəxanalarına büdcədən ayrılan vəsait 8 milyon manatdan 2,3 milyard manata qədər artırılıb.

"Unikal" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib. O qeyd edib ki, ölkənin səhiyyə xərcləri təxminən 4 milyard manata qədərdir.

Hazırda ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara təklif olunur. Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması ilə bağlı yeni qərarı ambulator şəraitdə dərmanlara əlçatanlığı təmin edə bilər. Aidiyyəti dövlət qurumları bu istiqamətdə işlər görür.

A.Nəsirov vurğulayıb ki, elektron reseptlər gələn ilə qədər hazır ola bilər.