"Təkcə iyunun 4-dən bu yana Ukrayna Silahlı Qüvvələri 90 mindən çox insan itirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib. Onun sözlərinə görə, qarşı tərəf (Ukrayna) 557 tank və müxtəlif dərəcəli 1900-ə yaxın zirehli texnikanı itirib .