Bu gün saat 15:30 radələrində Masallı şəhərində ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən tam söndürülüb.

"Unikal" xəbər verir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.

*** 17:00

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən "Unikal"a bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***

15:58

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.