Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşərək ölməsi ilə bağlı araşdırma apaırlır. 

"Unikal" xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb. 

"Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunur. 
 

*** 17:34

Tərtərdə bir nəfər minaya düşüb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Araşdırma aparılır.