Oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlunun vəfat edib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.
 

*** 17:52

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan hərbçi Ziya Babayev həlak olub. Şabran rayon sakini olan Z.Babayev avtomobildə tək olub.