Qubada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Quba-Xaçmaz yolunun Quba rayonu Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib. “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

Hadisə nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar avtomobildən xilasedicilərin köməyi ilə çıxarılaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.