İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.

“Unikal” xəbər verir ki, bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.

Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.

16:32

İsraildə Fələstinin HƏMAS yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.

xxx

12:02

İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 864 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

xxx

23:15 (07.10.2023)

“HƏMAS”ın İsrailə genişmiqyaslı hücumları nəticəsində 250 nəfər ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 1452 nəfərin xəsarət almasına səbəb olub.

***21:40

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

"Unikal" “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1104 sakin yaralanıb.

***18:04

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.

***16:42

Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740 insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. 

Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.

***14:35

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

**13:59

 İsrailə raket zərbələri nəticəsində azı 22 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Ən azı 20 nəfər ağır və ya kritik xəsarətlər alıb. İsrail hakimiyyəti ölkə ərazisinə iki mindən çox raket atıldığını bildirib.

***12:18

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

***11:38

İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin, Qəzzadakı yaraqlılar İsrailə girməyə cəhd ediblər. Onların qarşısı İsrail ordusu tərəfindən alınıb. 


***09:58

İsrailin cənubundakı şəhərlərə raket hücumu olub.

"Unikal" xəbər verir ki, bu  barədə İsrail Dövlət Radiosu məlumat yayıb.

Bildirilir ki, İsrail tərəfi Qüdsə 5 raket atıb.

"Sderotda və digər 4-5 yaşayış məntəqəsində HƏMAS yaraqlıları ilə İsrail təhlükəsizlik qüvvələri arasında bir saatdan artıqdır ki, döyüşlər gedir. İsrailin müdafiə naziri ehtiyatda olan hərbçilərin səfərbər edilməsi haqqında fərman imzalayıb. HƏMAS yaraqlıları Sderotda İsrail polis məntəqəsini ələ keçirib", - məlumatda qeyd olunub. 

***09:09

Qəzza zolağından olan fələstinli radikallar səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri şiddətlə tövsiyə olunur”, - məlumatda deyilir.