HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı əməliyyatı”na başlayıb.

"Unikal" xəbər verir ki, HƏMAS ilk 20 dəqiqədə İsrail ərazisinə 5 min raket və minaatan atıldığını açıqlayıb.İsrail ordusunda döyüş hazırlığı elan edilib. İsraildə raket hücumları nəticəsində 22 nəfər həyatını itirərkən, Qəzza zolağından İsrailin cənubuna sızan silahlı qrup nəticəsində yaranan qarşıdurma davam edir.

Həmçinin, əməliyyat zamanı Qüds və İsrailin müxtəlif yerlərindən hava həyacanı siqnalları işə düşüb.Paytaxt Tel-Avivdə yaşayış məntəqəsinə raket atılıb.Hücumdan sonra şəhərdə avtomobillər alovlanıb, yaşayış binalarına ciddi zərər dəyib.