İsrail və HƏMAS arasında toqquşmanın başlamasındsn sonra ölkənin cənub və mərkəzi bölgələrindəki hava limanları kommersiya və şəxsi nəqliyyat təyyarələri üçün bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. 

Tel-Aviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanı fəaliyyətini davam etdirir. Onun rəhbərliyi hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq təyyarələri qəbul edib buraxacağını bildirib.