Fələstinlilərin hüquqlarının davamlı şəkildə pozulması səbəbindən gərginliyin artmasına görə məsuliyyət yalnız İsrailin üzərinə düşür.

"Unikal" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Fələstinin HƏMAS qruplaşmasının qüvvələri İsrail istiqamətində kütləvi raket zərbələri endirib.

Yəhudi dövlətinin səlahiyyətliləri çoxlu sayda HƏMAS yaraqlısının ölkənin müxtəlif yaşayış məntəqələrinə sızdığını, vətəndaşları və hərbçiləri öldürdüyünü bildirib.