"Moskvanın ötən ay analoji qərarından sonra Vaşinqton ABŞ-də çalışan iki Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib"

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Rusiya Federasiyasının ABŞ-nin Moskvadakı səfirliyindən iki diplomatı saxta bəhanələrlə deportasiya etməsinə cavab olaraq, ABŞ Dövlət Departamenti Rusiya səfirliyinin ABŞ-də işləyən iki əməkdaşına persona non-qrata elan edib", - məlumatda deyilir. 

Xatırladaq ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Moskvadakı səfirliyinin birinci katibi Ceffri Silin və səfirliyin ikinci katibi Devid Bernşteynə persona non-qrata elan etmişdi.