Şəmkirdə baş verən qəzada sonra avtomobillərdə yanğın qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, "QAZel" markalı yük maşını ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması zamanı hər iki nəqliyyat vasitəsində yanğın olub.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov