Türkiyə bu gün İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən dərin narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Ankara bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyir.

“Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq. Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və daha geniş əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı davam etdiririk. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yolu üzərində çalışmağa dəvət edirik”, - bəyanatda qeyd olunub.