Misirin İsgəndəriyyə şəhərində atışma nəticəsində iki israilli turist və bir misirli ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Sky News - Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, İsraildən gələn turist qruplarından birinə polis atəş açıb və o, saxlanılıb. Telekanal yaralıların sayı barədə məlumat vermir.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Lakin bəzi xarici KİV-lərin məlumatına görə, 3 nəfər - iki israilli və bir misirli həlak olub. Başqa mənbələr 6 nəfərin öldüyünü bildirir. Daha bir neçə nəfər yaralanıb.