Britaniyalı ssenarist və rejissor Terens Deyvisin qısa sürən xəstəlikdən sonra evində vəfat edib.

"Unikal" xəbər verir ki, “Uzaq səslər”, “Hələ yaşayırlar” (1988), “The House of Mirth” (2000) və “The Deep Blue Sea” (2011) kimi filmlərin rejissoru olan Terens Deyvisin 77 yaşında yaşında dünyasını dəyişdiyi açıqlanıb.

İngiltərənin Liverpul şəhərində anadan olan məşhur ssenarist və rejissor 1972-ci ildə Yerli Təhsil İdarəsi tərəfindən verilən təqaüdlə İngiltərədəki Koventri Dram Məktəbinə daxil olub. Məktəbdə olarkən Davies “Uşaqlar” adlı ssenarisini Britaniya Film İnstitutunun (BFI) İstehsalat Şurasına göndərib və 8500 avro mükafat alıb.

Karyerası boyunca müxtəlif mükafatlar qazanan Daviesin son mükafatlı filmi şair Emili Dikinsonun (Cynthia Nixon) hekayəsindən bəhs edən "A Quiet Passion" (2016) filmi olub. 

Deyvisin homoseksual britaniyalı şair və Birinci Dünya Müharibəsi veteranı Siegfried Sassoon haqqında olan biopik Benediction 2021-ci ildə Britaniya Müstəqil Film Mükafatına namizəd olub.

Rejissorun bəzi filmlərində də yer alan homoseksuallıq mövzusu onun 2021-ci ildə verdiyi son müsahibəsində də gündəmə gəlib. Davies homoseksual bir katolik kimi böyüyərkən yaşadığı münaqişələrdən dəfələrlə danışıb.

Irish Times-a danışan Davies bunları deyib: “Bir dəfə dizlərim qanayana qədər dua etdim. "Mən gey olduğumu başa düşməyə başlayanda bu ölkədə cinayət idi."