"Birləşmiş Ştatlar İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir".

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Biz israillilərin etdiyi xüsusi əlavə tələblərə baxırıq" deyə o, bildirib.

Blinkenin sözlərinə görə, çox güman ki, bu barədə daha sonra, bazar günü, oktyabrın 8-də məlumat veriləcək.

O, həmçinin Barak Obamanın prezidentliyi dövründə imzalanmış memoranduma əsasən, Vaşinqtonun İsrailə ildə 3,8 milyard dollar məbləğində hərbi yardım göstərməsinə diqqət çəkib.