Keniyalı Kelvin Kiptum Çikaqo marafonunda dünya rekorduna imza atıb.
"Unikal" xəbər verir ki, o, tarixdə məsafəni 2 saat 1 dəqiqədən az müddətdə qət edən ilk insan olub.
Dünya Atletika Assosiasiyası bildirir ki, idmançı 42 km məsafəni 2 saat 35 saniyəyə qət edib.
Əvvəlki dünya rekordu ikiqat olimpiya çempionu, həmçinin keniyalı Eliud Kipchoge tərəfindən qoyulmuşdu. O, marafonu 2 saat 1 dəqiqə 9 saniyəyə qət edib.