İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniya və İtaliyanın baş nazirləri Rişi Sunak və Giorgia Meloni, həmçinin Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

Liderlər Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsini müzakirə edib.“Bütün liderlər İsrailin özünü lazımi dərəcədə müdafiə etmək hüququna birmənalı dəstəyini ifadə ediblər”, - İsrail hökuməti bildirib.

Netanyahunun ofisi danışıqların digər təfərrüatlarını açıqlamayıb. 

Qeyd olunur ki, siyasətçi genişmiqyaslı hərbi əməliyyatların başlanması fonunda beynəlxalq əlaqələri davam etdirəcək.