“Bölgədə gərginliyi artıracaq, daha çox qan tökülməsinə səbəb olacaq, problemləri daha da dərinləşdirəcək istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayırıq".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mor Efrem Süryani qədim ortodoks kilsəsinin açılış mərasimində bildirib.

O bildirib ki, ölkəsi regioanda sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır.

"Yanğına odun tökməyin heç kimə faydası yoxdur. Türkiyə münaqişələrin tez bir zamanda dayandırılması və son hadisələrlə artan gərginliyin azaldılması üçün əlindən gələni etməyə hazırdır. Biz əmin-amanlığın bərpası üçün başlatdığımız diplomatik səyləri gücləndirməkdə qərarlıyıq”, - deyə Ərdoğan bəyan edib.