"Biz bir neçə amerikalının öldürüldüyü barədə məlumat alırıq. İtkin düşən amerikalıların olduğu barədə də məlumatlar var və biz bunları təsdiqləməyə çalışırıq".

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib. O qeyd edib ki, onlar HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı hücumları nəticəsində bölgədə itkin düşən amerikalılar haqqında məlumatı dəqiqləşdirmək üçün "artıq iş vaxtı” işləyirlər .

 

İsraildə Fələstinin HƏMAS yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə çatdığı, 2 048 nəfərin yaralandığı deyilir.