İran prezidenti İbrahim Rəisi Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Xaniyyə ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Rəisinin Fələstinin “İslami Cihad” qrupunun baş katibi Ziyad əl Nahala ilə də telefon danışığı olub.

Tərəflər Fələstində baş verənləri müzakirə ediblər. İran Fələstin Müqavimətinin İsrailə qarşı mübarizəsini açıq şəkildə dəstəkləyir. İnternetdə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydənin İrana silahla dəstək verdiyinə görə təşəkkür etdiyi video yayılıb.

“Bizi silah, pul və digər avadanlıqlarla təmin etdiyi üçün İran İslam Respublikasına təşəkkür edirik. İran sionist qalalarını dağıtmaq üçün bizə raketlər verdi və tank əleyhinə raketlərlə bizə kömək etdi”, - Əbu Ubeydə bildirib.