Biləsuvar şəhərinin H.Əliyev prospektində yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "VAZ-2106" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində sürücülər - 2003-cü il təvəllüdlü Xəyal Qubadlı və 1990-cı il təvəllüdlü Əsgər Quliyev xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.