Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alııb. 

"Unikal" xəbər verir ki, hadisə ötən axşam saatlarında Zaqatala-Bəhmətli-Kürdəmir avtomobil yolunun Bəhmətli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə kİ, Bəhmətli kənd sakini 1994-cü il təvəllüdlü Pünhan Cumaəli oğlu Hüseynov idarə etdiyi “Volkswagen Passat” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib nəticədə  avtomobil  əvvəlcə yolunun kənarındakı qaz xəttinə dəyib, daha sonra isə  aşıb. Hadisə  zamanı sürücü P. Hüseynov və  sərnişin rayonun Bəhmətli kənd sakini 2001-ci il təvəllüdlü Zakir Bəkir oğlu Balayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli