Rusiya, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı bütün məsələlər üzrə dialoq heç vaxt kəsilməyib.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
Lavrovun müavini qeyd edib ki, üç ölkənin XİN rəhbərləri səviyyəsində yeni görüş keçirilə bilər: Biz bu il oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin aparılması imkanını nəzərdən keçiririk. Azərbaycan tərəfi artıq prinsipial razılığını verib. Və biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq".
Qaluzin həmçinin sülh müqaviləsinin imzalanmasından bəhs edib: "Sülh müqaviləsinin imzalanması Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən hazırlanmış yol xəritəsinin mühüm hissələrindən biridir. Biz həmişə Azərbaycan və Ermənistana bu sənədin qarşılıqlı məqbul əsasda hazırlanmasında kömək etməyə hazır olmuşuq və istəyirik ki, bu, həqiqətən də Ermənistan və Azərbaycan arasında sabit, balanslaşdırılmış, uzunmüddətli sülh yolu ilə nizamlanmaya zəmanət verən sənəd olsun.
Biz sülh müqaviləsində Qarabağın erməni əhalisinin etibarlı hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mövzusunun aydın şəkildə müəyyən edilməsi zərurətindən çıxış edirik".
Ağarza Elçinoğlu